Elchi.az xəbər verir ki, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar, o cümlədən neft və neft məhsullarının qiymət tavanı tamamilə iflasa uğrayıb. Bunu Amerikanın CNBC telekanalının efirində Sankey Research analitik şirkətinin rəhbəri Pol Senki deyib.
“Qiymət tavanı maliyyə cəhətdən öyrədilmiş bürokratlar tərəfindən icad edilib” deyən Sankey, “Onların heç biri neft bazarlarını həqiqətən başa düşmür”.
Digər ekspertlər də Qərbin anti-Rusiya sanksiyalarına şübhə ilə yanaşaraq, onları səmərəsiz adlandırıblar.
Şayəstə