ABŞ Rusiya ilə müharibə etsə, “MC-130J Commando II” təyyarəsindən xüsusi missiyaları üçün istifadə edə bilər.
Bu barədə “19FortyFive” məlumat yayıb.
Bildirilib ki, “MC-130J Commando II” müxtəlif tapşırıqları yerinə yetirməyə qadirdir. Belə ki, sözügedən təyyarənin köməyi ilə helikopterləri havada yanacaqla doldurmaq, qoşunları köçürmək və ya yaralı əsgərləri təxliyə etmək olar. Təyyarə müxtəlif növ silahları, o cümlədən raket sistemlərini daşımaq qabiliyyətinə malikdir.