Ağ Ev: ABŞ Ukraynanı qorumaq üçün qoşun göndərməyəcək.
Birləşmiş Ştatlar Ukrayna ilə bağladığı təhlükəsizlik razılaşmasında öz qoşunlarından Ukraynanı müdafiə etmək öhdəliyi götürməyəcək.
Elchi.az TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
Onun sözlərinə görə, Birləşmiş Ştatlar bu razılaşma vasitəsilə Kiyevdən islahatlara dair öhdəliklərini yerinə yetirməyə və verilən silahların son istifadəsinə nəzarət etməyə çalışır. Sallivan vurğulayıb ki, Ukrayna ABŞ-dan münaqişə zonasına Amerika qoşunlarını göndərməyi xahiş etməyib. O qeyd edib ki, bu razılaşmaya görə, Ukraynanın müdafiəsi üçün ABŞ qüvvələrindən istifadə etmək öhdəliyi yoxdur.
Çərşənbə günü məlum olub ki, Ukrayna və ABŞ hakimiyyəti iyunun 13-də təhlükəsizlik zəmanətləri üzrə icra sazişi imzalayacaq. Amerika administrasiyasının fikrincə, saziş ABŞ-ın Ukrayna qarşısında açıq maliyyə öhdəliklərini ehtiva etmir və qarşılıqlı müdafiə ilə bağlı müddəalara təsir göstərmir.
Bundan əvvəl ABŞ Nümayəndələr Palatasının üzvü Uorren Devidson ABŞ qoşunlarının Ukraynaya göndərilməsini istisna etmişdi.
Şayəstə Hüseynova