image-putin_saatbackend

“ABŞ o ölkəni yola gətirməyə çalışıb ki, Putini…” – Şok iddia 

ABŞ İndoneziya hökumətini Rusiya Prezidenti Vladimir Putinin G20 sammitində iştirakına mane olmaq üçün yola gətirməyə çalışıb.

Alp.az xəbər verir ki, bu barədə “Blumberq” rəsmi mənbələrə istinadən məlumat yayıb.

“ABŞ rəsmiləri İndoneziyanı Putini ölkəyə buraxmamaq və ya heç olmasa onun Ukraynadakı addımlarını pisləmək üçün yola gətirməyə çalışıblar”, – məqalədə deyilib.

2022-ci ildə G20-yə İndoneziya sədrlik edəcək. G20-nin bu ilki sammiti noyabrın 15-16-da Bali adasında keçiriləcək.

Bundan əvvəl Putinin sözçüsü Dmitri Peskov bildirmişdi ki, Rusiya G20-dən çıxarılsa, qorxunc heç nə olmayacaq.Teleqraf.com

 

image-reklam1

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki