Polis “potensial təhlükə yarada bilən təyyarə” səbəbilə ABŞ Konqresinin binasının boşaldılması əmrini verib.
Alp.az xəbər verir ki, bu barədə Konqres polisi məlumat yayıb.
“Polis Konqres şəhərciyinə mümkün təhlükə yaradan təyyarəni izləyir”, – açıqlamada deyilib.
Təhlükəyə qarşı Konqresin əsas və ətrafdakı binaların boşaldılması əmri verilib.
İlk təlimatdan bir neçə dəqiqə sonra Konqres polisinin Tvitter hesabında belə bir məlumat paylaşılıb:
“Bu axşam Konqres şəhərciyi ehtiyat məqsədilə boşaldılıb. Hazırda Konqresə heç bir təhlükə yoxdur. Detalları açıqlayacağıq”.
Digər tərəfdən, CNN-ə danışan və adlarının açıqlanmasını istəməyən iki rəsmi şəxs Konqres yaxınlığında bir təyyarənin uçduğunu və oradan iki nəfərin paraşütlə Konqres yaxınlığındakı Milli Parka endiyini iddia edib.