İsrailin Rəfahdakı çadır düşərgəsinə hücumundan sonra ABŞ-ın “Fast food” şəbəkələrinin İraqdakı filiallarına bombalı və silahla hücum edilib.
İsrailin dünən gecə Qəzza zolağının cənubundakı Rəfah şəhərindəki çadır düşərgəsinə hücumundan sonra Amerika qida zəncirləri reaksiya ilə üzləşib.
Elchi.az xəbər verir ki, dünən İraqın paytaxtı Bağdadın Fələstin küçəsində yerləşən Amerika “Fast food” şəbəkəsinin filialında partlayış olub.
Naməlum şəxslərin əl qumbarası atdığı restoranda itki olmasa da, maddi ziyan dəyib. Bağdaddakı əməliyyat komandanlığı terror aktı törətməkdə şübhəli bilinən 2 nəfərin həbs edildiyini bildirib.
Silahlı qrup bu gün səhər saatlarında paytaxtın Cadiriye rayonunda eyni restoran şəbəkəsinin filialına hücum edib. Maskalı olduğu bildirilən qrup basqın etdikləri restoranda böyük dağıntılara səbəb olub.
Bu səhər Bağdadın Fələstin küçəsində yerləşən daha bir ABŞ restoran şəbəkəsinə qumbaraatanla hücum edilib. Naməlum şəxslər tərəfindən həyata keçirilən hücumdan sonra restorana maddi ziyan dəyib.
Bu yaxınlarda Bağdadda ABŞ-ın məşhur restoranlar şəbəkəsinin qarşısına toplaşan böyük bir qrup bu şəbəkənin İraqdakı filiallarının bağlanmasını tələb edib.
Nuranə Məmmədova