ABŞ-dan İranın 6 yüksək vəzifəli şəxsinə SANKSİYA

40

ABŞ Maliyyə Nazirliyi İranın “İRİB” Televiziya və Radio Yayımları Korporasiyasının 6 yüksək vəzifəli əməkdaşına sanksiya tətbiq edib.

Elchi.az xəbər verir ki, sözügedən şəxslər İranda ümummilli etirazları işıqlandırarkən “senzura və repressiyaya” görə sanksiyaya məruz qalıb.

Bildirilir ki, “İRİB” bu yaxınlarda ümummilli etirazlar zamanı qohumlarının İran hakimiyyəti tərəfindən öldürülmədiyini, təsadüfi şəraitdə öldüyünü etiraf etmək məcburiyyətində qalan insanlarla müsahibələr hazırlayıb və televiziya ilə yayımlayıb.

Sanksiyaya müvafiq olaraq, ABŞ-nin sanksiya siyahısına daxil edilmiş şəxslərin ABŞ-da yerləşən bütün əmlak və aktivləri bloklanmalıdır.