RİA: ABŞ Hərbi Hava Qüvvələrinə məxsus kəşfiyyat pilotsuz təyyarəsi yenidən Krımın cənub-şərqində dövr edir.
Elchi.az xəbər verir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus Northrop Grumman RQ-4B Global Hawk kəşfiyyat pilotsuz təyyarəsi yenidən Krımın cənub-şərqində hava məkanında patrul edir. Bu barədə RİA Novosti Flightradar24 xidmətinə istinadən məlumat yayıb.
Materialda qeyd olunur ki, Moskva vaxtı ilə saat 12:56-da Forte14 çağırış nişanlı PUA Krımdan cənub-şərqdə təxminən 15,8 km yüksəklikdə yerləşib.
“Əvvəlki kimi PUA Moskva vaxtı ilə saat 07.30 radələrində İtaliyanın Siciliya adasındakı Kataniya aerodromundan aerodromdan havaya qalxıb, bundan sonra Yunanıstan və Bolqarıstanın hava məkanı vasitəsilə Qara dənizə doğru irəliləyib. Yarımadanı keçərək pilotsuz təyyarə şərqə, Soçiyə doğru hərəkətini davam etdirib”, – agentlik yazır.
Bundan əlavə, RİA Novosti xəbər verir ki, Moskva vaxtı ilə təxminən 09:00-da eyni aerodromdan havaya qalxan Amerikanın sualtı qayıq əleyhinə Boeing P-8A Poseidon təyyarəsi Rumıniyanın sahil bölgəsi üzərində səmada dövr edir.
İyunun 4-də FORTE12 çağırış nişanlı Amerikanın RQ-4B Global Hawk pilotsuz təyyarəsinin Qara dəniz üzərində radarlardan itdiyi bildirilir.
Şayəstə Hüseynova