Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, QHT sədri Niyaməddin Orduxanlının Elchi.az-a verdiyi açıqlamaya görə, bir necə gün bundan qabaq Avropada beynəlxalq təşkilatların keçirdiyi tədbirdə Ermənistanı təmsil edən QHT sədri Ermənistanda onlarla siyasi məhbusun olduğunu tədbirdə dilə gətirib: “Bu tədbiri internet üzərindən izlədim. Ermənistandan gələn Qeyri-Hökümət Təşkilatının rəhbəri Ermənistanın siyasi hakimiyyətini çox kəskin tənqid etdi. Sərkisyanın sərt rejim yaratmaqda, ölkənin onlarla QHT sədrinin, mətbuat nümayəndələrinin, siyasi partiya üzvlərinin həbsə alındığını bildirdi. Bütün bunları Ermənistan prezidenti Serk Sərkisyanın törətdiyindən danışırdı. Bu zaman tədbirə qatılan Leyla Yunus dərhal çıxış edərək, Ermənistanda bir nəfər də olsun siyasi məhbusun olmadığını dedi. İndi, baxın, görün Leyla Yunus hansı dərəcədə ermənilərə satılmış bir satqındır? Erməni erməniliyi ilə onlarla siyasi məhbusun olduğunu və bunların adlı siyahısını beynəlxalq təşkilatlara təqdim edir, ancaq xain Leyla Yunusu Ermənistan üçün özünü doğrayır. Bu hadisə bir daha təsdiq edir ki, Yunusların qanında birbaşa erməni qanı axır. Bu ailə dövlətimiz üçün hər zaman ermənidən artıq fəaliyyət göstərib. Bizim dövlətə nifrət edirlər. Mən qeyd etdiyim faktı Azərbaycanda onlarla QHT sədrləri izləyib. Hər kəs də bunun şahidi oldu. İstərdim ki, Azərbaycan ictimaiyyəti də bunu bilsin. Leyla Yunus erməniyə hal-hazırda nökərlik edir. Onun Azərbaycana olan nifrəti ermənidən artıqdır”.
Paşinyanın istefasını tələb edən etirazçılar paytaxt küçələrini bağlayıblar
Səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın baş naziri Nikol...