Böyük Britaniyanın bayrağı dəyişdirilə bilər.
Bunun ancaq Şotlandiyanın Böyük Britaniyadan ayrılacağı təqdirdə baş verəcəyi gözlənilir. 18 sentyabrda keçiriləcək olan müstəqillik referendumu nəticəsində Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılması mümkün olarsa, bayraqdakı şotlandlara məxsus simvol çıxarılacaq.
Şotlandiyanın müstəqil olacağı təqdirdə bayrağın dəyişdirilməli olduğunu söyləyən Çarles Aşburner İngiltərə hökumətinin olacaq istənilən nəticəyə hazırlıqsız olduğunu qeyd edib:
“Hər kəs bayrağı dəyişdirmək məcburiyyətində qalmaqdan çox qorxur və bu məsələ ilə maraqlanmaq belə istəmir”.