Öz dərin mənalı, fəlsəfi-irfani qəzəlləri ilə çoxlarını heyrətdə qoyan qəzəlxan-şair Elman Qasid bu gün sənətdə olan bir çoxlarından öz yüksək intelektual səviyyəsi, dərin savadı və bütün bunlardan əlavə bir neçə xarici dili mükəmməl bilməsi ilə fərqlənir. Görünür bu keyfiyyətləri şairi nardaranlıların sevimlisi edib. Nardaranlılar məmnuniyyətlə şairi öz məclislərinə dəvət edir. Onun bir özünəməxsuslugu da tarixdə ilk dəfə olaraq ingilis dilində qəzəllər yazmasıdır.
Ölkəmizdə Tacikistan Mədəniyyəti Günləri başlayır
Azərbaycan ilə Tacikistan arasında əlaqələrin köklü tarixi var və iki ölkənin münasibətlərində mədəni əməkdaşlıq əhəmiyyətli mövqeyə malikdir. Müxtəlif illərdə qarşılıqlı...