Yunanıstana məxsus iki F-16 təyyarəsi Egey dənizi üzərində Türkiyə hava məkanına daxil olub. Bu barədə Türkiyə Baş Qərargah Rəhbərliyindən məlumat verilib. Baş Qərargahdan verilən məlumatda beynəlxalq hava məkanında kəşfiyyat uçuşu həyata keçirən Türkiyə təyyarəsi hava sərhəddinin pozulduğunu təyin edib. Sərhəd pozuntusunun 17 saniyə müddətinə baş verdiyi qeyd edilib. Türkiyə hərbi təyyarələrinin havaya qalxmasından dərhal sonra yunan hərbi təyyarələri geri çəkiliblər. (Axar.az)
Ərdoğan: İbrahim Rəisi və nümayəndə heyətinin helikopter qəzası xəbəri bizi kədərləndirdi
İran Prezidenti, qardaşım İbrahim Rəisi və onun rəhbərlik etdiyi nümayəndə heyətinin helikopter qəzası keçirməsi bizi çox kədərləndirdi. Elchi.az ixəbər verir...