Sakinlərin icra başçısı İsmayıl Vəliyevi işində dönüş yaratmasa rayondan qovacağı xəbərləri yayılıb. Neftçala rayonunda əhali ilə İcra Hakimiyyəti arasındakı narazılıq pik həddə çatıb. Bu barədə JAM.AZ-a rayondan məlumat verilib. Məlumatda qeyd edilir ki, icra başçısı İsmayıl Vəliyev bütün gəlirli sahələri ələ keçirib. Və Neftçalada yeni gəlir sahələrini də nəzarət altına almağa başlayıb. Bu səbəbdən dözülməz durumun yarandığını bildirən sakinlər artıq belə yaşamağın mümkün olmadığını dilə gtirməyə başlayıblar. Rayondkı qaynağlardan verilən məlumata görə, Neftçala camaatı yaxın günlərdə İcra Hakimiyyətinin qarşısında toplaşaraq, icra başçısından dönüş yaratmasını tələb etməyə hazırlaşırlar. Əgər tələbləri yerinə yetirilməsə, o zaman davamlı aksiyalar keçirəcəklər. Ki, bunun da İsmayıl Vəliyevin vəzifəsindən çıxarılmasına kimi davam etdiriləcəyi qeyd olunur.
Güclü külək nə vaxta kimi davam edəcək?
Milli Hidrometeorologiya Xidmətinin mayın 1-i saat 08:00-a olan məlumatına əsasən, əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinin bəzi yerlərində şimal-qərb küləyi...