Azərbaycan idmançıları “Asiya Uşaqları” Oyunlarının cüdo yarışlarının ikinci günündə 1 qızıl və 1 bürünc medal qazanıb.
Elchi.az xəbər verir ki, oğlanlar arasında 66 kq çəkidə Əli Hümbətov qızıl medal əldə edib. 60 kq-da isə Özqan Quliyev bürünc medala sahib olub.
Qeyd edək ki, “Asiya Uşaqları” Oyunları Rusiyanın Saxa Respublikasının paytaxtı Yakutsk şəhərində keçirilir.
Havar Şəfiyeva