Ekspert Uzunova: Makronun seçkilərdə uğursuzluğu fransızların narazılığı ilə bağlıdır.
Fransa prezidenti Emmanuel Makron koalisiyasının ölkədə keçirilən parlament seçkilərində aşağı nəticə göstərməsi vətəndaşların Fransa liderinin daxili və xarici siyasətindən narazı olması ilə bağlıdır.
Elchi.az xəbər verir ki, Bu barədə Rusiya Strateji Araşdırmalar İnstitutunun (RİSİ) eksperti, Fransa üzrə mütəxəssisi Nadejda Uzunova RİA Novosti-yə müsahibəsində bildirib.
“İndi əhalini vuran işsizlik qanunu var. Üstəlik, miqrasiya böhranı… Onlar narahatdırlar ki, Ukraynanın xeyrinə xeyli büdcə vəsaiti göndərilir – silah-sursat və sair”, o qeyd edib.
Ekspertin sözlərinə görə, Fransa prezidentinin Ukraynaya potensial qoşun göndərilməsi ilə bağlı açıqlaması vətəndaşları çox həyəcanlandırıb.
Bundan əvvəl Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa bildirib ki, Emmanuel Makron koalisiyasının Fransada keçirilən parlament seçkilərində məğlub olması dövlət başçısının süqutundan və onun yeritdiyi siyasətdən xəbər verir.
“Le Parisien” qəzeti Fransa Daxili İşlər Nazirliyinin məlumatlarına istinadən yazıb ki, Milli Ralli və onun müttəfiqləri Fransada keçirilən parlament seçkilərinin birinci turunda 33,4 faiz səs toplayaraq qalib gəliblər. Solçu Yeni Xalq Cəbhəsi koalisiyası 27,98% səslə ikinci, prezident Emmanuel Makronun koalisiyası isə 20,76% səslə üçüncü olub.
Şayəstə Hüseynova