NATO-nun səlahiyyət müddəti başa çatan baş katibi Yens Stoltenberq qarşıdan gələn prezident seçkilərində kimin qalib gəlməsindən asılı olmayaraq, Vaşinqtonun Şimali Atlantika Alyansının güclü müttəfiqi olaraq qalacağını proqnozlaşdırıb.
Elchi.az xəbər verir ki, bu barədə “Yomiuri Shimbun” qəzeti məlumat yayıb.
Onun sözlərinə görə, ABŞ-da Ukraynaya güclü ikitərəfli dəstək var.
“Kimin prezident seçilməsindən asılı olmayaraq, Birləşmiş Ştatlar NATO-nun güclü müttəfiqi olaraq qalacaq”, – Stoltenberq bildirib.
Bundan əvvəl NATO nüvə doktrinasına yenidən baxmağa ehtiyac görmədiyini bəyan etmişdi. Stoltenberqin sözlərinə görə, hazırda bloka birbaşa təhlükə yoxdur. Alyansın baş katibi qeyd edib ki, nüvə qarşısının alınması üçün istifadə edilən Amerika F-16 qırıcılarının F-35 ilə əvəzlənməsi prosesi həmişəki kimi davam edəcək.
Nuranə Məmmədova