Ukrayna və Müqəddəs Taxt-Tac Rusiya qüvvələri tərəfindən on ukraynalı hərbi əsirlərin azad edilməsini qeyd edərkən, Papa Fransisk bütün hərbi əsirlərin tezliklə öz vətənlərinə qayıtması üçün dua edib.
Elchi.az xəbər verir ki, iyunun 29-da müqəddəslər Peter və Paulun bayramı şərəfinə etdiyi “Angelus” duasının sonunda, Müqəddəs Atanın fikirləri xüsusilə məhbusların mübadiləsi çərçivəsində azad edilmiş kahinlərə aid olub.
Roma Papası həmçinin burada olanların hamısını bütün əsirlərin evlərinə qayıtması üçün birlikdə dua etməyə çağırıb. Eyni zamanda müharibədən əziyyət çəkən insanlardan da ağrı-acı ilə danışıb.
“Döyüşlər nəticəsində yaralanan və ya təhlükə altında olan bütün insanları düşünək”,-deyən Papa Allahdan onları azad etməsini və sülh mübarizəsində onlara dəstək olmasını diləyib.
Yeganə
Mənbə: Reuters.com