Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib ki, Rusiya və ABŞ arasında strateji hücum silahları (START) üzrə danışıqlar yalnız amerikalılar Ukraynaya silah verməkdən imtina etdikdə mümkündür.
Elchi.az xəbər verir ki, Medvedev bu barədə Teleqram kanalında yazıb.
“Əks təqdirdə, hər şey tamamilə fərqli bir ssenari üzrə inkişaf etməlidir ki, 20-ci əsrin 50-60-cı illərində olduğu kimi, ABŞ-da bütün ərazilərdə rus bombalarından və raketlərindən bunkerlərin inşası ilə ümumi psixoz yaransın”.
Xatırladaq ki, ABŞ Prezidentinin xüsusi köməkçisi, Ağ Evin Milli Təhlükəsizlik Şurasının Silahlara Nəzarət, Silahsızlanma və Nüvə Silahlarının Yayılmaması üzrə baş direktoru Pranay Vaddi ən böyük nüvə düşməni kimi Rusiya ilə danışıqların başlanmasına ümid etdiyini bildirib. Vaddi qeyd edib ki, START-3 müqaviləsinin müddəti başa çatıb. Eyni zamanda o, START müqaviləsinin silahlara nəzarət üzrə bir neçə sazişlə əvəz oluna biləcəyini istisna etməyib.
Yeganə
Mənbə: Vesti.ru