İyunun 20-də Avropa İttifaqının (Aİ) daimi nümayəndələri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər.
Elchi.az xəbər verir ki, bu məlumatı Belçika sədrliyi yayıb.
Toplanan Aİ səfirləri bütün mümkün boşluqları bağlayaraq, Moskvaya qarşı mövcud məhdudiyyətləri gücləndirmək barədə razılığa gəliblər. İştirak edənlər də yeni məhdudiyyətlərin tətbiqini təsdiqləyiblər.
“Bütün fikir ayrılıqları aradan qaldırılıb. Güclü sanksiyalar paketi indicə razılaşdırılıb”, – deyə bəyanatda bildirilir.
Qeyd edək ki, hazırda yeni sanksiyaların 20 fiziki və 22 hüquqi şəxsə şamil ediləcəyi məlumdur. Sənəd layihəsi helium ixracını və Rusiyanın müəyyən ikili istifadə texnologiyalarına çıxışını məhdudlaşdıran müddəaları ehtiva edir.
Yeganə
Mənbə: Vesti.ru