“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro “Bavariya”ya keçməkdən imtina edib.
Elchi.az xəbər verir ki, bu barədə “Trivela” yazır.
Mənbənin məlumatına görə, Münhen klubu 32 yaşlı futbolçu ilə 2022/2023 mövsümünün sonunda danışıqlar aparırdı. Ötən mövsüm Kazemiro 32 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib.
Braziliyalı 2022-ci ilin avqustunda “Real Madrid” dən “Mançester Yunayted”ə keçib. Transfer məbləği 70,65 milyon avro olub, müqavilə 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Transfermarkt Kazemironu 20 milyon avro qiymətləndirir.
“Bavariya”nın əsas hədəfi hazırda “Fulhem”in yarımmüdafiəçisi Joao Palhinyodur. Alman klubu futbolçu üçün 45 milyon avro təklif etməyə hazırdır.
2023/2024 mövsümündə “Bavariya” 72 xalla Bundesliqanı 3-cü pillədə başa vurub. Bayer Almaniya çempionu oldu (90 xal).
Nuranə Məmmədova