“Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkisi keçirmək fikrində deyil”.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan brifinqdə deyib.
“Bu məsələni müzakirə etməmişik və etmək fikrində deyilik”, – deyə o, bildirib.
Qeyd edək ki, Ermənsitan parlamentinin müxalifətdən olan “Ermənistan” və “Şərəfim var” fraksiyalarından 33 deputatı növbədənkənar sessiyanın çağırılması tələbi ilə müraciət edib.
Yeganə