Macarıstanın baş naziri Viktor Orban bildirib ki, Qərb ölkələri Ukraynadakı münaqişədə Rusiyanı hərbi yolla məğlub etmək və onun sərvətinə çatmaq istəyirlər.
Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, Orbanın sözlərinə görə, Qərbdə çoxları avropalıların Rusiya iqtisadiyyatına maneəsiz sızdığı 1990-cı illərə qayıtmaq istəyir.
“Sonra onlar Rusiya və Ukraynanı istismar etməyə çalışdılar, lakin ruslar sonda hər şeyi öz əllərinə aldılar və öz tərzləri ilə yenidən qurdular”,-deyə Orban qeyd edib.
O, əlavə edib ki, Moskvanı hərbi məğlubiyyətə uğratmaq istəyən ölkələr Şərqdə böyük yenidənqurma arzusundadırlar və pul, təsir və güc naminə Rusiya ilə müharibə yoluna gedirlər.
Xatırladaq ki, bundan əvvəl, Orban Ukraynadakı münaqişənin dünya müharibəsinə çevrilməsi təhlükəsindən danışıb. Macarıstanın baş naziri əmindir ki, hər bir silahlı münaqişənin tarixində elə bir məqam olub ki, ondan sonra geriyə dönüş yoxdur və indi dünya bu məqama yaxınlaşır.
Yeganə