ABŞ prezidenti Co Bayden bu həftə Fransada, gələn həftə isə İtaliyada Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşəcək.
Elchi.az Reuters.com-a istinadən xəbər verir ki, bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan məlumat verib.
“Normandiyada onun prezident Zelenski ilə görüşmək və onunla Ukraynadakı vəziyyəti və Ukraynaya dəstəyimizi necə davam etdirə və dərinləşdirə biləcəyimizi müzakirə etmək imkanı olacaq. Bir neçə gündən sonra onun da İtaliyada keçiriləcək G7 sammitində də prezident Zelenski ilə yenidən görüşmək imkanı olacaq”, – deyə Sallivan jurnalistlərin suallarını cavablandırıb.
Yeganə