Ukrayna lideri Vladimir Zelenski ABŞ prezidenti Co Bayden və Çin rəhbərini İsveçrədə keçiriləcək “sülh sammitində” iştirakdan imtina etdiklərinə görə tənqid etməyi əmr edib.
Elchi.az xəbər verir ki, bu barədə “Financial Times” Zelenskinin ofisinin məmurlar və deputatlar üçün dərc etdiyi memoya istinadən yazır.
“ Zelenskinin ofisi bu həftə rəsmilərə və parlament üzvlərinə həm Baydeni , həm də Çin lideri Si Cinpini sammitdə iştirak etməyi planlaşdırmadıqlarına görə tənqid etməyi tapşıran bir memorandum verdi”, – Financial Times məqaləsində deyilir.
Nəşr sənədə istinad edir.
Zelenskinin hərəkətləri Ukrayna hökumətinin üzvlərinin narahatlığına səbəb olub və bunun ABŞ-la münasibətlərə xələl gətirə biləcəyindən ehtiyatlanıb. Onlar hesab edirlər ki, əsas müttəfiqi tənqid etmək əks nəticə verə bilər.
Nuranə Məmmədova