Şimali Koreya Yapon dənizinə doğru ən azı 10 qısa mənzilli ballistik raket atıb.
Elchi.az xəbər verir ki, Şimali Koreya rəhbərliyi bütün reaksiyalara baxmayaraq raket sınaqlarını davam etdirir. Bu dəfə Şimali Koreya Yapon dənizinə doğru ən azı 10 qısa mənzilli ballistik raket atıb.
Cənubi Koreya Baş Qərargahının (JCS) verdiyi açıqlamada, raketlərin yerli vaxtla saat 06:14 radələrində Pxenyanın Sunan bölgəsindən atıldığı bildirilib.
Cənubi Koreya ordusunun ABŞ və Yaponiya ilə məlumat paylaşdığı, təhlil və monitorinq fəaliyyətini davam etdirdiyi vurğulanıb.
Şayəstə Hüseynova