Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq qazanan “Əl Hilal” Xorxe Xesusla müqavilənin daha bir il uzadıldığını açıqlayıb.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Pro Liqasında çempionluq qazanan “Əl Hilal” komandası baş məşqçisi Xorxe Xesusla müqaviləni yeniləyib.
“Fənərbaxça”dan ayrıldıqdan sonra “Əl Hilal”ın başına keçən portuqaliyalı çalışdırıcı ilk mövsümündə liqa çempionluğu və Səudiyyə Ərəbistanı Superkubokunu qazanıb. 69 yaşlı məşqçi mövsüm ərzində ardıcıl 34 matçlıq qələbə seriyası ilə dünya rekordunu da yeniləyib.
Xesusun idarə etdiyi “Əl Hilal” 34 matçda 31 qələbə və 3 heç-heçə ilə 96 xalla məğlubiyyətsiz çempion olub. Göy-ağ klub təcrübəli çalışdırıcı ilə mövsüm başa çatdıqdan sonra 1 illik yeni müqavilə imzalayıb.
Nuranə Məmmədova