Avstriyada müsəlmanlara qarşı irqçi hücumların artması davam edir. Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı hesabatda, təxminən 700 min müsəlmanın yaşadığı ölkədə keçən il 1522 irqçi hücumun baş verdiyi bildirilib.
Elchi.az xəbər verir ki, Avstriya Müsəlmanlar üçün Sənədləşmə və Məsləhət Mərkəzinin hazırladığı “2023 Müsəlmanlara Qarşı İrqçilik Hesabatı” ictimaiyyətlə paylaşılıb.
Ötən il ölkədə müsəlmanlara qarşı 1522 irqçi hücum olub.
Bu, ölkədə müsəlmanları hədəf alan hücumların qeydə alınmağa başladığı 2015-ci ildən bəri ən yüksək rəqəmdir.
Şayəstə Hüseynova