Hindistanın Qucarat ştatında əyləncə parkında baş verən yanğın nəticəsində ilkin məlumata görə, 20 nəfər həyatını itirib.
Elchi.az xəbər verir ki, Hindistanın Qucarat əyalətində polisin verdiyi açıqlamada, Rajkot şəhərindəki əyləncə parkında yanğının baş verdiyi qeyd edilib.
Açıqlamada yanğının səbəbinin hələ müəyyən edilmədiyi, lakin ilkin məlumatlara görə 20 nəfərin həyatını itirdiyi bildirilib.“Hadisənin araşdırılması üçün xüsusi qrup ayrılıb”.
Açıqlamada daha çox insan tələfatının ola biləcəyi və xilasetmə işlərinin davam etdirildiyi bildirilib.
Hindistanın baş naziri Narendra Modi “X” sosial media hesabından verdiyi açıqlamada yerli hökumətin yanğından zərər çəkənlərə yardım etdiyini və çox təəssüfləndiyini bildirib.
Baş nazir Bhupendra Patel də hadisəni araşdırmaq üçün xüsusi qrup təyin etdiyini açıqlayıb.
Nuranə Məmmədova