Fransanın Hind-Sakit Okeandakı koloniyası Yeni Kaledoniyada, Fransız təhlükəsizlik qüvvələri hökumətin yerli xalqın seçkilərdə təsirini azaldacaq konstitusiya islahat təşəbbüsünə qarşı çıxan müstəqillik tərəfdarlarına təzyiqlərini davam etdirərkən, hadisələrdə ölənlərin sayını artırdı.
Elchi.az xəbər verir ki, Yeni Kaledoniya Respublikası kimi tanınan koloniyanın paytaxtı Numeada Fransa hökumətinin konstitusiya islahatları qanun layihəsinə qarşı çıxan müstəqillik tərəfdarlarına qarşı əməliyyatları davam edir.
Noumea Prokurorluğundan verilən açıqlamaya görə, 48 yaşlı bir nəfər polis gülləsinə tuş gəlib.
Prokurorluq saxlanılan polis əməkdaşına qarşı qəsdən adam öldürmə maddəsi ilə istintaq açıldığını açıqlayıb.
Mayın 13-dən bəri adada həyatını itirənlərin sayı 7-yə yüksəlib.
Digər tərəfdən, zorakılıq səbəbilə bir müddət ticari uçuşlara qapalı olan Noumea hava limanı mayın 28-dək bağlı qalacaq.
Bundan əlavə, Yeni Kaledoniyanın Grande Terre şəhərində iyunun 17-dək təhsil dayandırılacaq.
Fransa Ali Komissiyası mayın 24-dən etibarən müstəqillik tərəfdarlarının qurduğu 100-dən çox barrikadanın qaldırıldığını açıqlayıb.
Yeni Kaledoniyanın yerli əhalisi olan Kanaklar, Fransa hökumətinin konstitusiya islahatı təşəbbüsünü 1988-ci ildə imzalanmış Noumea sazişinə zidd hesab edir.
Hökumət bu qanun layihəsi ilə ən azı 10 ildir Adada yaşayan fransızların yerli seçkilərdə səs verməsinin yolunu açmaq istəyir.
Yeni Kaledoniya 1998-ci ildə Noumea Müqaviləsi ilə muxtariyyət statusu qazandı və razılaşmada yerli xalqın öz başlarında azlıq halına gəlməsinin qarşısını almaq üçün səsvermə hüququ 1998-ci ildən əvvəl adada yaşayan insanlar və onların uşaqları ilə məhdudlaşdırıldı.
Adada 2018, 2020 və 2021-ci illərdə üç dəfə müstəqillik referendumları keçirilib və səsvermə “yox” olub.
Müstəqillik tərəfdarı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi Partiyası (FLNKS) Fransanın seçkilərə təsirinə etiraz olaraq 2021-ci ildə keçirilən referendumu boykot edib və Covid-19 epidemiyası səbəbindən referendumun fərqli bir tarixdə keçirilməsini istəyib.
Fransa hökumətinin yerli xalqın gücünü qıracaq konstitusiya islahatı təşəbbüsünə qarşı çıxan Yeni Kaledoniyada müstəqillik tərəfdarları mayın 13-dən etibarən hərəkətə keçib.
Fransa hökuməti adanın müxtəlif yerlərində, xüsusilə də paytaxt Numeada hərəkətə keçən müstəqillik tərəfdarlarına qarşı əməliyyat keçirmək üçün bölgəyə polis və jandarm göndərib.
Fransanın baş naziri Qabriel Attal mayın 15-də TikTok sosial media platformasının qadağan edildiyini və adada fövqəladə vəziyyət elan edildiyini açıqlayıb.
Adada fransız seçicilərin sayını artıracaq konstitusiya islahatının qüvvəyə minməsi üçün Fransa parlamentinin hər iki palatasının toplaşdığı Konqresdə qəbul edilməlidir.
Nuranə Məmmədova