Fransanın Sakit okeanda yerləşən Yeni Kaledoniya adasında bazar ertəsi başlayan şiddətli iğtişaşlarda 206 nəfər saxlanılıb.
Elchi.az xəbər verir ki, mayın 13-də Avstraliya və Fici arasında yerləşən Yeni Kaledoniyada qanun layihəsi Fransa parlamentində müzakirə edildikdən sonra şiddətli iğtişaşlar başlayıb.
Fransa parlamentində 10 ildən artıqdır adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində daha çox səsvermə hüququ verilməsini təklif edən qanun layihəsi müzakirə olunmağa başladığı üçün Makronun əmri ilə dünən getdikcə şiddətlənən iğtişaşları yatırmaq üçün fövqəladə vəziyyət elan edilib.
İş yerlərinin, nəqliyyat vasitələrinin və infrastrukturun zədələndiyi hadisələrdə üsyançılar yollarda barrikadalar qurub. Yerli media hadisələrdə ən azı 4 nəfərin öldüyünü açıqlayıb.
Şayəstə Hüseynova