Türkiyədə yeni konstitusiya qəbul olunacaq.
Elchi.az xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuş jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, söz də, qərar da TBMM-dir: ““Bununla da Türkiyə hakimiyyət çevrilişi məhsulu olan, dəfələrlə dəyişməsinə baxmayaraq, o çevrilişlərin ruhunu özündə daşıyan bu konstitusiyadan xilas olacaq”.
N.Kurtulmuş, həmçinin yeni konstitusiya ilı müzakirələrin davam etdiyini xatırladıb. O, bu gün MHP sədri Devlet Baxçalı ilə bu məsələni müzakirə etdiyini söyləyib.