Səudiyyə Ərəbistanında idman geyimində çəkilmiş fotolarını paylaşan qadın fitnes təlimatçısı 11 il həbs cəzasına məhkum edilib.
Elchi.az xəbər verir ki, Səudiyyə Ərəbistanında idman geyimində və ya libasda çəkdirdiyi fotolarını sosial şəbəkələrdə paylaşdığı üçün fitnes təlimatçısı 11 il həbs cəzasına məhkum edilib.
Gülümsəyərək poza verən və uzun qara saçlarını aşağı salan 29 yaşlı fitnes təlimatçısı Manahel əl-Otaybi də sosial media platformalarından istifadə edərək ölkəsindəki qadınların vəziyyətini pisləyib.
Beynəlxalq Amnistiya Təşkilatının məlumatına görə, gənc qadın 2024-cü il yanvarın 9-da qapalı keçirilən iclasda Xüsusi Cinayət Məhkəməsi tərəfindən 11 il müddətinə azadlıqdan məhrum edilib.
Manahel əl-Oteybi elə bir ölkədə yaşayır ki, burada saç və bədəni örtən paltar olan abaya geymək öhdəliyi yalnız 2018-ci ildə ləğv edilib. Üstəlik, praktikada bir çox qadınlar hər şeyə rəğmən çardaq taxmağa məcbur olduqlarından şikayətlənirlər.
Şayəstə Hüseynova