İyulun 31-dən avqustun 1-nə keçən gecə cəbhənin Ağdam və Tərtər rayonları istiqamətində baş verən qanlı döyüşlərdə Azərbaycan ordusu atəşkəs dövrünün çoxsaylı şəhidini vermək bahasına olsa da, düşməni böyük itgiyə məruz qoyaraq geri oturtdu. Ermənistan və onun quduzlaşmış havadarının törətdiyi bu qanlı olay bir daha göstərdi ki, Ermənistan bu olayların görünən tərəfidir və Azərbaycanın ən təhlükəli düşmənin ünvanı dəyişməyib. Bu olaylar həm də Vətən uğrunda şəhid gedə bilən qəhrəman oğlullarımızın varlığı, düşmənin mütləq layiq olduğu cəzanı alacacağını göstərir! Şəhid ailərinin “Vətən sağ olsun!” deyən valideynlərinin,əzizlərinin,”Vətən, başın sağ olsun!” deyən xalqımızın kədərini ürəyimizdə hiss edir,dərin hüznlə baş sağlığı veririk.Allah rəhmət eləsin!
İran vitse-prezidenti hadisə yerinə yollandı
İranın vitse-prezidenti Möhsün Mənsuri Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğradığı əraziyə yollanıb. Elchi.az xəbər verir ki, bu barədə İran hökumətinin...