İsrail ordusunun 194 gündür hücumlarını davam etdirdiyi Qəzzada ölənlərin sayı 33 min 899-a yüksəlib.
Qəzzalılar dünyanın gözü qarşısında öldürülür.
Elchi.az xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 194 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib.
Açıqlamada İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda daha 56 fələstinlinin həyatını itirdiyi, 89 fələstinlinin isə yaralandığı bildirilib.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda ölənlərin sayının 33 min 899-a, yaralıların sayının isə 76 min 664-ə yüksəldiyi bildirilib.
Bəyanatda həmçinin dağıntılar altında və yol kənarında hələ də ölənlərin olduğu, lakin İsrail qüvvələrinin maneəsi üzündən tibb qruplarının və mülki müdafiə işçilərinin cəsədlərə çata bilmədiyi bir daha vurğulanıb.
Şayəstə Hüseynova