Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova İsrailin Rusiya Federasiyasındakı səfiri Simone Halperinin Moskvanı İranın hücumunu pisləməyə çağıran bəyanatını şərh edib.
Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Telegram” kanalında yazıb.
İsrailin Rusiyadakı səfiri Simone Halperin bildirib ki, Təl-Əviv Rusiya Federasiyasının İranın kütləvi raket hücumunu pisləyəcəyini gözləyir.
Bundan sonra Mariya Zaxarova Qalperinə cavab verdi ki, İsrail tərəfinin Kiyevin Rusiya ərazisinə endirdiyi zərbələri pislədiyini xatırlamır.
“Simona, xatırlat, İsrail nə vaxt Kiyev rejiminin Rusiyanın bölgələrinə ən azı bir zərbə endirməsini pisləmişdi?” — deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, bu, heç vaxt olmayıb. Lakin “İsrail rəsmilərindən Zelenskinin hərəkətlərini dəstəkləyən müntəzəm bəyanatlar” var idi.
Nuranə Məmmədova