Ukrayna prezidenti Volodimir Zelenski Albaniyaya niyə gəldiyini açıqlayıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, o, səfərinin nə məqsədlə olduğu barədə Teleqram kanalında qeyd edib.
Ukrayna liderinin sözlərinə görə, bu gün o, müdafiə və siyasi əməkdaşlıq üzrə danışıqlar aparmaq üçün Albaniyanın baş naziri Edi Rama ilə görüşəcək. Zelenskinin sözlərinə görə, görüş zamanı sülh formulunu dəstəkləmək və təhlükəsizlik sazişləri üzərində işləmək məsələsi də müzakirə olunacaq.
O, əlavə edib ki, səfər zamanı Ukrayna-Cənub-Şərqi Avropa sammitində də iştirak edəcək.
Bundan əvvəl Albaniyanın xarici işlər naziri İqli Həsəni Zelenskinin Tiranaya səfərini açıqlamışdı. O, bildirmişdi ki, Ukrayna prezidenti ölkəyə gözlənilməz səfərlə gedib və onun səfərinin məqsədləri tam məlum deyil.
Yeganə