Amerikalı sahibkar və milyarder İlon Mask ABŞ-ın əsl prezidentinin ölkənin hazırkı lideri Co Bayden olmadığını bildirib. Elchi.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində danışıb.
Mask ABŞ-ın əsl prezidentinin adını çəkib və ölkəni Baydenin teleprompterinə nəzarət edən şəxs tərəfindən idarə olunduğunu vurğulayıb.
Qeyd edək ki, iyun ayında ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Lauren Boebert Baydenin ölkə sərhədlərinin mühafizəsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə onun impiçment edilməsi ehtimalını gündəmə gətirib.
Havar Şəfiyeva