Bu gecə və səhər saatlarında intensiv yağıntılar nəticəsində yaranan sel suları İsmayıllı-Lahıc avtomobil yolunun (15,8-ci, 17,2-ci və 18,6-cı km hissələrdə) hərəkət hissəsinə özü ilə bərabər lil və qaya parçaları gətirərək avtonəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz hərəkətində problemlər yaradıb.
Elchi.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Bildirilir ki, yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyinin təmin olunması üçün agentlik tərəfindən işlər aparılır.
Artıq yolun 15,8-ci km hissəsində yol təmizlənərək hərəkət bərpa olunub.
ETSN küləkli hava şəraiti ilə bağlı vətəndaşlara müraciət edib
Milli Hidrometeorologiya Xidməti tərəfindən öncədən verilən narıncı və sarı xəbərdarlığa əsasən hazırda Bakıda və Abşeron yarımadasında və ölkənin bəzi rayonlarında...