Alimlər tərəfindən 1996-cı ildə Bass boğazında ucqar bir adada kəşf edilmiş gəzən balıq “Pezichthys compressus” növünə aiddir.
Elchi.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu balıq növləri üzgəcləri ilə dənizin dibində gəzə biliblər və üzgəclərindən əl kimi istifadə ediblər.
Əvvəllər balıq cəmi iki dəfə, 1986 və 1996-cı illərdə görülüb. Hər iki halda hadisə Avstraliyanın Viktoriya ştatının sahillərində baş verib.
“Pezichthys compressus”ların yeni nümunəsi Avstraliyanın cənub-şərq sahillərində iqlim dəyişikliyinin dəniz mühitinə təsirlərini araşdıran ekspedisiya tərəfindən aşkar edilib.
Tədqiqatçılardan biri Carly Devine, balığın materik Tasmaniyanın şimal-şərqindəki “Flinders” adası yaxınlığındakı sualtı kanyonun kənarında 292 metr dərinlikdə tapıldığını söyləyib:
“Bu balığı tapmaq inanılmaz dərəcədə çətindir”.
Yeganə