Gürcüstanın həbsdə olan keçmiş prezidenti Mixail Saakaşvili Fransa prezidenti Nikola Sarkozinin 2008-ci ildə imzalamaq üçün Tbilisiyə gətirdiyi atəşkəs sazişi üzrə danışıqların təfərrüatlarını danışıb.
Elchi.az bu barədə Newsgeorgia.ge-yə istinadən xəbər verir.
“Əgər imzalamasan, ruslar sabah Tbilisidə olacaq, Putin səni öldürməkdə qərarlıdır. Mən qoşun göndərə bilmərəm, Buş da bunu etməyəcək”, – Saakaşvili Feysbukda yazıb və qeyd edib ki, Fransa prezidenti Nikola Sarkozi 2008-ci ilin avqustunda Tbilisidə şahidlərin iştirakı ilə bu ifadəni bir neçə dəfə təkrarlayıb və onu versiyanı imzalamağa inandırıb.
“Lex Kaçinski bizim üzərimizə belə bir razılaşmanın tətbiq olunduğunu biləndə görüşə qoşulmağa cəhd etdi, lakin Fransa tərəfi getmədi”, – Saakaşvili deyir.
Söhbət Saakaşvilinin imzalamaqdan imtina etdiyi “Cənubi Osetiya və Abxaziyanın statusu gələcəkdə beynəlxalq danışıqlar nəticəsində həll edilməli” sənəddən gedirdi.
“Bu, praktiki olaraq o demək idi ki, biz öz əlimizlə imza atmaqla Gürcüstanın ərazilərindən və ölkənin ərazi bütövlüyündən imtina etməli olduq… Sarkozi bir neçə saat məni inandırmağa çalışdı. Sonda Nikola Sarkozi Medvedevə yenidən zəng etdi və Rusiya tərəfi bu məqamda israr etməməyə razı oldu… Sonda atəşkəs razılaşmasını yerinə yetirməkdən imtina etdilər”, – Saakaşvili yazır.
Yeganə