Ötən gün azərbaycanlı müğənni Emin Ağalarovun da qatıldığı “Yeni dalğa” müsabiqəsinin final gecəsi keçirilib. Yurmalada keçirilən musiqi yarışması “Dzintaru” konsert zalında baş tutub. Gecədə bir çox tanınmış simalar müğənni, aktyor, şoumenlər bir araya gəliblər. Rus estradasının məşhurları sırasında olan Filipp Kirkorov, Nataşa Koroleva, Alsu, İqor Nikolaev, Vera Brejneva, Leonid Aqutin və digərləri ilə yanaşı dünyaşöhrətli ulduz Rikki Martin də gecəyə qatılıb. İştirakçılar arasında olan Emin Ağalarov “Naçistatu” adlı mahnısı ilə finala qədər yüksəlib. 13 ölkədən 16 iştirakçının qatıldığı “Yeni dalğa”nın bu ilki qalibi Gürcüstan təmsilçisi Nuse Buzaladze olub.
Azərbaycan Milli Xalça Muzeyində Beynəlxalq Muzeylər Günü qeyd olundu
18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Milli Xalça Muzeyində bir sıra tədbirlər keçirildi. Muzeydən Elchi.az-a verilən məlumata...