Bəzi subtropik bitkilər toxumlarını yaymaq üçün məməlilərə ehtiyac duyurlar. Onların tərkibində quşlar üçün nəzərdə tutulan meyvələrdən daha çox spirt var.
Elchi.az BBC.com-a istinadən bildirir ki, “Proceedings of the Royal Society B” jurnalı yazır ki, Kanadanın Kalqari Universitetinin alimləri Kosta Rika meşələrində 70-dən çox bitkini tədqiq edərkən bu qənaətə gəliblər.
Tədqiqatçılar nümunələri üç qrupa ayırıblar: molyuska yeyən və ətrafa toxum yayan quşlar üçün parlaq və kiçik meyvələr, məməlilərin qidalandığı iri və gözə dəyməyən meyvələr və qarışıq qrup.
Alimlər bütün nümunələri plastik torbalara qoyublar və sonra rütubətli buxarlarda toplanan etanolun miqdarını ölçüblər. Məlum olub ki, meyvələrin 78 faizində spirt var və onun tərkibi məməlilər üçün nəzərdə tutulan qrupda digər qruplara nisbətən daha yüksək olub.
Tədqiqatçılar Yamayka gavalılarında etanolun maksimum konsentrasiyasını – 1,5 faiz aşkar ediblər. Amma məsələ onda deyil ki, heyvanlar alkoqollu içkilərə quşlardan daha çox meyllidirlər. Sadəcə olaraq, əgər quşlar görmə qabiliyyətinə daha çox güvənirsə, məməlilər bunu qoxu ilə edirlər. Alkoqolun qoxusu onlara meyvədə çoxlu qidalı şəkərlərin olduğunu bildirir.
Yeganə