“Hazırda dünya ölkələrində gənclər üçün biznes imkanları böyükdür. Belə ki dünyada rəqəmsal iqtisadiyyata keçid baş verir və gənclər bu sahədə öz biliklərini sınaya bilərlər. Bu gün internet platformaları üzündən gənclər müəyyən elektron biznes üzərindən alış veriş satış imkanları əldə edib öz kapitallarını artıra bilərlər”. Bu fikirləri Elchi.az-a açıqlamasında iqtisadçı Eyyub Kərimli deyil.
Ekspertin sözlərinə görə ölkəmizdə bu gün internet resurslarına, şəbəkə təhlükəsizliyinə böyük ehtiyac var:
“Eyni zamanda proqramlaşmaya böyük ehtiyac var, gənclərimiz o sahədə özlərini sınasalar daha yaxşıdır. Yaxşı olardı ki, yeni başlayan sahibkarlara müəyyən kredit və vergi güzəştləri həyata keçirilsin. Belə olduğu halda gənclərimiz bu sahədə daha çox imkanlar ldə edə bilərlər”.
Havar Şəfiyeva