“Microsoft”-un baş direktoru Bill Qeyts sıx qrafikə malik idi, hətta gecə saat ikidə işçilərinə sorğular göndərirdi. Ancaq Qeyts “Berkshire Hathaway”-in baş direktoru Uorren Baffettin gündəliyini gördükdən sonra bəzən özünə və işçilərinə qarşı həddindən artıq haqsızlıq etdiyininin fərqinə varıb.
Elchi.az bu barədə Cnbc.com-a istinadən bildirir.
“Həyatımın hər dəqiqəsi məşğul idi və mən düşündüm ki, bu, nəyisə etmək üçün yeganə yoldur. Yadımdadır, Uorrenin mənə təqvimini göstərdi… Onun heç nə yazılmadığı günlər olub”.
Baffetin cədvəli Qeytsə vacib dərs verdi: “Vaxtınıza nəzarət edirsiniz… Təqviminizin hər dəqiqəsini doldurmağınız ciddiliyiniz göstəricisi deyil.
Prinsipcə, mən istədiyim hər şeyi ala bilərəm, amma vaxt ala bilmərəm”, – deyə Baffet bildirmişdi.
Baffet metodunun mahiyyəti daha çox deyil, daha ağıllı işləməkdir bu, əslində elmi tərəfindən sübut edilmişdir. 2014-cü ildə Stanford Universitetinin araşdırması göstərdi ki, həftədə 50 saatdan çox işlədikdə işçilərin bacarıq səviyyəsi kəskin şəkildə aşağı düşür.
Tədqiqat nəticəsində məlum olub ki, həftədə 70 saata qədər işləyən insanlar 55 saat dizüstü kompüterində əyilmiş insanlarla eyni miqdarda iş görürlər.
Qeyts acı təcrübəsi ilə bu dərsi öyrənən yeganə insan deyil. Məsələn, əvvəllər müntəzəm olaraq gecələr işdə qaldığını bildirən “Tesla”-nın baş direktoru İlon Mask indi gündə ən azı altı saat yatır. O, bu barədə may ayında CNBC telekanalına bildirib.
Yeganə