Elchi.az xəbər verir ki, Prezident seçkilərinin ikinci turu üçün Türkiyə daxilində saat 08:00-da başlayan səsvermə prosesi çərçivəsində İstanbulda sakit gün yaşanıb.
Şəhər boyu vətəndaşlar səhər saatlarından başlayaraq qeydiyyatda olduqları rayonlardakı məktəblərə gedərək səsvermədə iştirak ediblər .Sinif otaqlarının qapısında növbəyə duran vətəndaşlar vəsiqələrini məmurlara göstərdikdən sonra kabinetə gedərək seçimlərini ediblər.
Səsvermə zamanı bəzi rayonlarda məktəblərdə sakitlik müşahidə olunsa da, seçicilərin çox olduğu rayonlarda bəzi məktəblərdə sıxlıq müşahidə olunub.
Öz avtomobilləri ilə səs verməyə gələn vətəndaşlar məktəblərin ətrafında sıxlıq yaradıblar.
Bu il Qarabağ və Şərqi Zəngəzura 1,2 mlrd. manat investisiya yatırılıb
Bu ilin birinci rübündə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları üzrə əsas kapitala ümumilikdə 1 milyard 167 milyon 617 min...