Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov özbəkistanlı həmkarı Bəxtiyar Səidovla strateji tərəfdaşlıq məsələlərini müzakirə edib.
Bu barədə Elchi.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.
Özbəkistan naziri Azərbaycan Müstəqillik Günü münasibətilə səmimi təbriklərini çatdırıb, ölkəmizin müstəqilliyinin möhkəm və davamlı olmasını arzulayıb.
Telefon danışığı zamanı iki ölkə arasında qardaşlıq, dostluq və strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri müzakirə olunub. Ölkələrimiz arasında ikitərəfli və regional əməkdaşlıq imkanlarının yüksək potensialı vurğulanıb.
Nazir Ceyhun Bayramov Özbəkistanlı həmkarına təbriklərə görə öz minnətdarlığını bildirib, ölkələrimiz arasında genişmiqyaslı əlaqələrin daha da inkişaf edəcəyinə əminliyini diqqətə çatdırıb.
MM-in komitəsi qərəzli qətnamə ilə bağlı bəyanat yaydı
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi bəyanat yayıb. Elchi.az bəyanatın mətnini təqdim edir: "Azərbaycan Respublikası Milli...