“Kreml Kiyev hakimiyyətinin “Putin bir nömrəli hədəfdir” bəyanatlarını terrorçu xarakterli hesab edir”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Baş Kəşfiyyat İdarəsi rəisinin müavininin sözlərini şərh edərkən deyib:
“Terror rejimi öz terror istəklərindən danışır”.
Kreml nümayəndəsi onu da bildirib ki, Putinin təhlükəsizliyi müvafiq xidmətlər tərəfindən təmin edilir.
“İnanın mənə, bizim təhlükəsizlik xidmətlərimiz öz işlərini və nə etdiklərini çox gözəl bilirlər”, – deyə Peskov qeyd edib.
Yeganə