ABŞ-da aparılan bir araşdırmada Nyu Yorkun üstündəki göydələnlərin ağırlığına görə hər il 1-2 millimetr çökdüyü ifadə edilib.
Elchi.az xəbər verir ki, Advancing Earth and Space Science adlı qrupun jurnalında dərc olunan araşdırmada, xüsusilə Manhetten bölgəsindəki göydələnlərin şəhərin geoloji quruluşuna təsiri araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, 8 milyondan çox insanın yaşadığı Nyu York şəhərinin bəzi yerlərində göydələnlərin kütləsi səbəbindən dəniz səviyyəsi hər il 1-2 millimetr aşağı düşür.
Sözügedən dağılmanın kiçik miqyasda olduğunu, lakin şəhəri təbii fəlakətlərə qarşı həssas etdiyini vurğulayan araşdırmada deyilir: “Sahil şəhərləri qlobal miqyasda böyüdükcə, tikinti işlərinin artması və dəniz səviyyəsinin yüksəlməsi daşqın riskinin artması deməkdir”.
Araşdırmada daşqın üçün ən çox risk altında olan ərazilərin Manhetten adasının aşağı hissəsi ilə Bruklin və Kuinsin bəzi bölgələri olduğu qeyd edilib.
Nyu Yorkdakı bütün binaların kütləsinin hesablandığı və Yerə tətbiq etdikləri təzyiq nəticəsində yaranan çökmənin modelləşdirildiyi araşdırmada, peyk məlumatlarından Nyu Yorkda müşahidə edilən çökmənin təfərrüatlı qrafik görüntüləri də yer alıb.
Nuranə Məmmədova