Almaniya kansleri deyib ki, guya Rusiya şərtləri ilə sülh mümkün deyil.
Elchi.az xəbər verir ki, Federasiya Şurasının Müdafiə Komitəsinin rəhbəri Viktor Bondarev bildirib ki, Almaniya kansleri Olaf Şoltsun Rusiyanın şərtləri ilə sülhün əldə edilməsinin qəbuledilməzliyi barədə sözləri qəbuledilməzdir.
“Belə sözlər Rusiya və Ukrayna arasında ikitərəfli münasibətlərə kobud müdaxilə, təhrik və intriqadır. Onlar Ukrayna tərəfini münaqişənin davam etdirilməsinə yönəldir və bu dövlətdə nasist rejiminin saxlanmasına göz yumur”, – Bondarev Teleqram kanalında yazıb.
Bundan əlavə, Bondarev Şolts-a Almaniyanın tarixini öyrənməyi və nasizmin hansı fəlakətə səbəb ola biləcəyini təhlil etməyi tövsiyə edib.
“Rusiyanın şərtləri Ukraynaya və onun xalqına münasibətdə heç bir cinayət nəzərdə tutmur. Söhbət Ukraynanın tam demilitarizasiyasından və denazifikasiyasından, onun hərbi bloklarda iştirak etməməsindən, həmçinin Rusiyanın tərkibində yeni ərazilərin saxlanmasından gedir”, – siyasətçi yekunlaşdırıb.
Şayəstə Hüseynova