Bu gün İstanbul Atatürk hava limanı Milli Bağçasının ilk hissəsinin açılışı olacaq.
Elchi.az xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Qeyd edək ki, sözügedən park dünyanın beşinci, Türkiyənin isə ən böyük şəhər parkı olacaq.
İki milyon kvadratmetr sahədə istifadəyə veriləcək Atatürk Hava Limanı Milli Bağının birinci mərhələsinin tikintisi 499 min kvadratmetr sahəni əhatə edəcək.
Bağda indiyədək 10 min 81 ağac, 41 min ədəd bitki əkilib.
Bu gün Nikola qarşı mitinq olacaq – Sərkisyan ölkədən qaçdı
Azərbaycanla sərhəd Kirants kəndindən keşiş Baqratın başçılığı ilə başlayan yürüş bu gün İrəvana çatmalıdır. Elchi.az xəbər verir ki, yürüşün delimitasiyanın...